Dağlıq Qarabağın tarixinə mükəmməl elmi baxış
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz çıxışlarında, o cümlədən tarixçi alimlərlə görüşlərində həmişə Azərbaycanın son ikiyüzillik tarixinin, yəni XIX-XX əsrlər tarixinin yenidən tədqiq olunmasını, tarixin olduğu kimi araşdırılması, dərk olunması və gələcək nəsillərə doğru-düzgün çatdırılmasının zəruri olduğunu xüsusi olaraq vurğulayırdı. Ulu öndərin erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, deportasiyalar barədə imzaladığı dövlət sənədləri, Dədə Qorqud dastanının 1300 illiyinin qeyd olunması, dövlətçilik tariximizə, görkəmli tarixi şəxsiyyətlərimizə verdiyi yüksək qiymət tarix elmimizi düzgün istiqamətə yönəltdi.