Ermənilərin dövlət qurma arzuları ilə eyni vaxtda çar Rusiyası bölgədə öz maraqları ilə ön plana çıxmışdı
…Ermənilərin Cənubi Qafqazda dövlət qurma istəkləri ilk dəfə XVI əsrin sonu XVII əsrin əvvəllərində baş qaldırmışdır. Eçmiədzin erməni kilsəsinin bu bölgədə olması ermənilərin İrəvan xanlığı və ona yaxın ərazilərə xüsusi əhəmiyyət vərməsinə səbəb olmuş, onlar bu bölgəni müqəddəs bir yer olaraq qəbul etmiş və bütün diqqətlərini buraya yönəltmişlər.