HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

həvəngdəstə

MİNİMUM VƏ MAKSİMUM

XX əsrin sonlarının ixtiyari günü azərbaycanlıların qarşısında yeni-yeni vəzifələr qoyur. Və bu vəzifələrin tam əksəriyyəti “şirvan” parametrlidir. Görəsən, məmləkət jurnalistlərinin qarşısına qoyulan vəzifələrin paramertləri barədə nə demək olar?


MARAQ

Deyəsən, məmləkətin informasiya “istehlakçı”sı  oxumaq xatirinə oxumağa, dinləmək xatirinə dinləməyə, baxmaq xatirinə baxmağa məhkum edilib. Əgər oxucumuzun, dinləyicimizin və tamaşaçımızın çeşidli xəbərlərlə, sadəcə olaraq, ətalət qüvvəsinin təsiri ilə tanış olması ilə razıyıqsa, fenomeni izah etməliyik. Şərti olaraq “maraq defisiti” kimi səciyyələndirilməsi mümkün olan fenomen, yəqin ki, belə izah edilə bilər:

QONORAR VƏ “QONORAR”

Qonorarın məziyyətlərindən çox danışmaq olar. Media əhli tərəfindən bəyənilən sözlər içində bu söz əsas  yerlərdən birini  tutur. Və hər bir yazarın yaddaşında haradansa alınmış qonorarın orijinal üsulla xərclənməsi barədə heç olmasa bir əhvalat var. Yaşlı nəslin nümayəndələri olan jurnalistlərimiz isə yeri gələndə 60-cı, 70-ci illərin qonorarlarının bərəkəti haqqında maraqlı məlumatlar vermək iqtidarındadırlar. Bu – qonorarın dünənidir.

MONOPOLİYA “OYUN”U

Qeyri-rəsmi, sorğu-suala tutulacağı təqdirdə dediklərindən dərhal imtina edəcək mənbədən aldığım məlumata görə Rusiyanın böyük şəhərlərinin birində yekə bir bazar var imiş. Həmin şəhərin və bazarın Rusiyanın böyük şəhərləri və yepyekə bazarları arasında xüsusi yeri var imiş. Və ola bilsin ki, hələ də var.

STATUS MƏSƏLƏSİ

Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri başından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa gedirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişinin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bunun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng olduğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah edir, üstəlik, Koroğlunun çoxsaylı xahişlərini nəzərə alıb tüfəngin imkanlarını nümayiş etdirir. Yəni, öküzlərindən birini vurub öldürür. Əlbəttə ki, qan bahasını əvvəlcədən aldıqdan sonra. Koroğlu öküzün doğrudan da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fikirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” fikri də olur.

BALTA

Bu yazının adı Türkiyədə lazım ola biləcəyindən yüz dəfələrlə çox hallandırılmış “Balyoz” (yəni “Balta”) məsələlərinə heç bir dəxli yoxdur və ola da bilməz.