HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

həvəngdəstə

FUTBOLÇUNUN 23 YAŞLI XANIMININ BİLMƏDİKLƏRİ

Dağıstanın “Anji” futbol klubunun yarımmüdafiəçisi Yuri Jirkovun həyat yoldaşı, eyni zamanda “Rusiya missisi – 2012” (ingilisdilli ölkələrdə ərdə olan qadınlara adətən missis deyə müraciət edirlər) İnna Boris Sobolev adlı telejurnalistə müsahibə verib və özünü biyabır edib. Jurnalistin suallarını cavablandırarkən məlum olub ki, İnna Jirkovanın astronomiyadan, ədəbiyyatdan və musiqidən, özü də ən ibtidai səviyyədə belə başı çıxmır. Təsəvvür edirsinizmi?

UQO VƏ BƏŞƏR

Venesuellada balaca bir cizgi filmi çəkilib. Filmdə Uqo Çavesin cənnətə düşmə səhnəsi göstərilir.

132 000 000

Martın 23-də Boris Berezovski dünyasını dəyişdi. Boris Abramoviçin ölümünün mümkün səbəbləri haqqında çox danışılıb və yazılıb. Danışılan və yazılanlar arasında mərhumun bir müddət bundan əvvəl, keçən ilin avqustunda məhkəmədə Roman Abramoviçə uduzması ilə bağlı məqamlar da var. Heç demə, bu məğlubiyyət Berezovskini əməlli-başlı ruhdan salıbmış və s. və i.a. (Həmin məhkəmədə söhbət səhv etmirəmsə 3 milyard funtsterlinqdən gedirdi.)

ZƏMANƏMİZİN STAXANOVU

Aleksey Qriqoryeviç Staxanov şaxtaçı idi və 1935-ci ildə 2 nəfərlə birlikdə bir növbə ərzində normadan 14 dəfə artıq kömür çıxarmışdı.Yəni 7 ton əvəzinə 102 ton. Və bununla da məşhur Staxanov hərəkatı əmələ gəlmişdi. Öz sıralarında saysız-hesabsız zərbəçi zəhmətkeşləri– staxanovçuları birləşdirən hərəkat.

AA

Bir neçə il bundan qabaq məlum oldu ki, bu dünyada atipik, yəni tipik olmayan pnevmoniya da varmış. Üstəlik, bu tipik olmayan pnevmoniya adi, tipik pnevmoniyaya baxanda daha əziyyətli xəstəlik imiş…

ODA FİYATLARI

Ötən şənbə günü, axşam saatlarında Azərbaycanın zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid oldum. Və üz tutdum bu şəhərin mərkəzində yerləşən çoxmərtəbəli mehmanxanaya. İncəvara, əvvəlcədən nömrə sifariş etmişdim. Nömrəyə qalxmağımla Morfeyin səltənətinə yollanmağım bir oldu desəm, mübaliğəyə yol vermiş olmaram…