HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

İşğaldan azad olunmuş rayonlarda inventarlaşdırma işləri davam etdirilir

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Minatəmizləmə Agentliyinin mütəxəssisləri çoxlu sayda partlamamış hərbi sursatı zərərsizləşdiriblər

Yanvarın 27-29-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Qazax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 10 (on) və Dövlət Sərhəd Xidmətindən 2 (iki) müraciət daxil olub.