HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Biz Xocavəndə qayıdacağıq!

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür.

Ermənistanın Azərbaycana təcavüzü: Qubadlı rayonunun işğal olunmasından 27 il keçir

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

Füzulisiz keçən 27 il…

Avqustun 23-ü Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günüdür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulilərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.