Hərbi Prokurorluq: Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib
“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”.
APA-nın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib: “39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”.