Baş leytenant İsmayılov Bəkir Vüqar oğlu. Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb. Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.
Türkiyənin NTV telekanalının xüsusi çəkiliş qrupu aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi ərazilərdən reportaj hazırlayıb.
Bu, son vaxtlar Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaşayan mülki vətəndaşlara hücumlarının artmasından sonra keçirilən ilk AŞPA sessiyası idi. Bu günlərdə Ermənistanın təbliğat maşını, beynəlxalq ictimaiyyətin diqqətini real problemdən – Azərbaycan ərazisinin Ermənistan tərəfindən qanunsuz silahlı işğalının davam etməsi faktından yayındırmağa ümid edərək, bütün media qurumlarında həddindən artıq fəal işləyir və absurd ittihamlarla Azərbaycana hücumlar edirdi. Ermənistan tərəfindən süni şəkildə siyasi gərginlik yaradılmışdı və onlar Azərbaycanın müsbət imicini dağıtmaq və işğal edilmiş ərazilərdə gedən son əməliyyatlara dair həqiqəti təhrif etmək məqsədilə Strasburq siyasi səhnəsində tammiqyaslı siyasi hücumlar hazırlamışdılar.
Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
Komitənin iclasında çıxış etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya keçirilən müzakirələr barədə məlumat verib.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” televiziyasına eksklüziv müsahibə verib.