
“Fövqəladə Hallar Nazirliyi Sərsəng su anbarında qəza olacağı halda nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı 0,5 metr hündürlükldə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yol üzərində bütün canlı aləmi məhv edəcək”.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatına dəyişiklik edilib. APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytında Minsk Qrupu həmsədrlərinin bəyanatında bundan əvvəl işlədilmiş və Azərbaycanın etirazına səbəb olmuş “neytral ərazi” ifadəsi “məskunlaşmamış ərazi” (“no mans land”) ifadəsi ilə əvəzlənib.