Amerikalı həmsədr: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var”.
APA-nın “armenpress.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, – deyə həmsədr söyləyib.