Hikmət Hacıyev: Serj Sarkisyan bir daha sübut etdi ki, Ermənistanın danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır
Xəbər verildiyi kimi, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan “Sputnik” informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə zidd olan fikirlər səsləndirib.