XİN: Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir
“Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır”.