
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Əli Özgündüz Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında ötən ilin iyun ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun Azərbaycana qaytarılması üçün Türkiyənin hərəkətə keçməsini istəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Özgündüz Kəlbəcərə analarının məzarlarını ziyarətə gedən hər iki azərbaycanlının erməni əsgərləri tərəfindən tutulduğunu, bir nəfərin isə işgəncə ilə öldürüldüyünü nəzərə çatdırıb.
Azərbaycan və Türkiyə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlər və qondarma “1915-ci il soyqırımı” ilə bağlı bugünkü iddialar üçün əsas rolunu oynayan saxtakarlıqlar sistemini birgə ifşa etməlidir.
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında bildirilib.