Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam.C.Klintona. Bakı şəhəri, 8 fevral 1999-cu il
Hörmətli cənab prezident!
Mən Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı sizə bildirmək istərdim, Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir.