BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi (30 aprel 1993-cü il)
Təhlükəsizlik Şurası,
Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına əsaslanaraq,
Baş Katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Silahlı hərbi əməliyyatların genişlənməsini və xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək,