Gürcüstanlı qonaqlar Gəncə terroru qurbanlarının xatirəsini anıblar

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistan ordusunun oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən aralıda yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini anıblar.