Dövlət Komissiyası: Erməni girovluğunda olan azərbaycanlıların müayinəsi üçün beynəlxalq həkimlər dəvət ediləcəyi bildirilib
“Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Dövlət Komissiyasının qeydiyyatında olan itkin düşmüş azərbaycanlıların sayı 3868 nəfərdir”.
APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.