
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.