Xocalı qətliamının 23-cü ilində də Ermənistan BMT qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Xocalı qətliamına və bu işğala kölgə salmaq üçün Ermənistan və erməni lobbisi məqsədli şəkildə 1915-ci il hadisələrini gündəmdə saxlamağa çalışır.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
“Girov götürülmüş azərbaycanlıların ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini katibliyə təqdim etmişəm və artıq assambleyanın rəsmi internet resursunda yerləşdirilib”
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Erməni psixologiyası” kitabının təqdimatı keçirilib.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.