
İslamabadda fəaliyyət göstərən ən böyük ali məktəblərdən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsinin nəşr etdirdiyi “Pakistan və dünya münasibətləri” adlı yeni dərslikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verilib.
“Fövqəladə Hallar Nazirliyi Sərsəng su anbarında qəza olacağı halda nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı 0,5 metr hündürlükldə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yol üzərində bütün canlı aləmi məhv edəcək”.
Sual: Cənab Ter-Petrosyan, Ermənistanın da üzv olduğu BMT və ATƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqda nə üçün çətinlik çəkirsiniz? Axı məlum olduğu kimi, Zaqafqaziyanin üç dövləti liderlərinin bəyannamə imzalaması yolunda əngəl məhz budur. Koçaryanın Dağlıq Qarabağa müstəqillik verilməsinin zəruriliyi barədə verdiyi, əslində ikinci erməni dövləti yaratmaq demək olan bəyanatlara münasibətiniz necədir?