ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor Piter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramına Azərbaycan haqqında müsahibə verib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, proqramın aparıcısı Brinkmann verilişin Piter Şol-Latourun Berlindəki evindən aparıldığını bildirdikdən sonra əsas məqsədin Azərbaycan mövzusunun müzakirəsi olduğunu söyləyib və bir sıra suallarla müsahibinə müraciət edib.