
Nürnberq Tribunalının analoqu olmayan presedenti və 366-cı alayın məsuliyyəti problemi
Əvvəlki yazıda biz mövcud qanunvericiliyin və beynəlxalq hüquqi aktların təhlili əsasında Xocalı hadisələrini və azərbaycanlılara qarşı soyqırım və digər ağır cinayətləri törədən ayrı-ayrı erməni cinayətkarlarının məsuliyyətə cəlb edilməsi problemini tədqiq etmişdik. Hazırki və sonrakı məqalələrdə isə biz aşağıdakı suala cavab verməyə çalışacağıq: 366-cı alay, eləcə də erməni cinayətkarlarından ibarət olan digər qurumlar bir cinayətkar birlik kimi məsuliyyətə cəlb edilə bilərmi və bunun nə dərəcədə əhəmiyyəti var?
Fotoqraf: Xalid Əsgərov
Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda Reuters xəbər agentliyinin fotomüxbiri olaraq işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib. Xalid Əsgərov hazırda Kanadada yaşayır