HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Laçın

Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.