HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

“Danışan” simalar

1905.az saytı və Azərbaycan Fotoqraflar Birliyi “Danışan” simalar virtual qalereyasını təqdim edir! 1992-1996-cı illəri əhatə edən fotolarda Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulmuş məcburi köçkün və qaçqınların simaları əks olunub. Bu virtual albomda Mirnaib Həsənoğlu, İlqar Cəfərov, Vüqar İbadov, Elnur Babayev, Oleq Litvin, Xalid Əsgərov, və Şahvələd Ayvazovun fotoları yer alıb.

 

Foto Selcan Qurbanova
Foto: Selcan Qurbanova

Köçkün düşərgəsində bir gün (FOTOQALEREYA)

Fotoqraf: Elnur Babayev

fotoqraf Elnur Babayev

Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.

“Köçkün düşərgəsində bir gün” albomundakı fotolar 1996-cı ildə, İmişli və Saatlı rayonlarındakı məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələrində çəkilib. Burada erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonundan olan  məcburi köçkünlər  yaşayırdı. Qeyd edək ki, 2003-2008-ci illərdə həyata keçirilən dövlət proqramı çərçivəsində bütün çadır düşərgələri ləğv edilib.

Biz qayıdacağıq

Fotoqraf: Xalid Əsgərov

KA photo

Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.  Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda Reuters xəbər agentliyinin fotomüxbiri olaraq işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib.  Xalid Əsgərov hazırda Kanadada yaşayır.

Fotolar Azərbaycan Fotoqraflar Birliyinin Arxivindəndir

Sarayevo 4 il mühasirədə (FOTOQALEREYA)

bosnian_war_002
Snayperin optik şüşəsindən Sarayevo şəhərinin Trebevik dağından görünüşü. Foto:Elvis Barukcic/AFP/Getty Images

1992-ci il fevralın 29-da Bosniya və Herseqovina referendum keçirərək öz müstəqilliyini elan etdi. Aprelin 6-da ABŞ və Avropa İttifaqı Bosniya və Herseqovina Respublikasını tanıdı və yerli serb hakimiyyəti paytaxt Sarayevonu tərk elədi. Məhz bundan sonra şəhər Serbiya və Yugoslaviya xalq ordusu tərəfindən mühasirəyə alındı.  Bu mühasirə təxminən 4 ilə yaxın (6 aprel 1992- 29 fevral 1996) davam elədi.

Planetin dərd yükü

1.  Ölümcül güllə yarası almış snayper əsgər keşiş Luis Padillonun qolları arasında. 4 iyun 1962-ci il. Venesuellada yerləşən Puerto Kabello hərbi dəniz bazası. Fotoqraf  Hektor London Lovera . “Dia La Republica” üçün.
Ölümcül güllə yarası almış snayper əsgər keşiş Luis Padillonun qolları arasında. 4 iyun 1962-ci il. Venesuellada yerləşən Puerto Kabello hərbi dəniz bazası. Fotoqraf: Hektor London Lovera . “Dia La Republica” üçün.