HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

Hacı Rəhim Əfəndi təqaüdünün təqdim olunma mərasimi

21 iyun 2024-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov tərəfindən təsis edilmiş Hacı Rəhim Əfəndi təqaüdünün Göyçay rayonu Hacı Rəhim Əfəndi adına Qaraman tam orta məktəbində təqdim olunma mərasimi keçirilmişdir.


Laçından göz oxşayan fotolar

Əsrarəngiz mənzərəsi ilə göz oxşayan Laçın ilin hər fəslində gözəlliyi ilə diqqət çəkir. Yaşıllaşan meşələri, gur axan çayları və güllü-çiçəkli dağları olan Laçın artıq baharı öz doğma sakinləri ilə qarşılayır.

Bakı, sabahın xeyir! – FOTOREPORTAJ

Sübh tezdən Xəzərin qoynunda üfüqlər təzə qalanmış ocaq kimi görünür. Getdikcə dan yeri sökülür, üfüqlər qırmızı rəngin min bir çalarına bürünür. Gecənin süzülmüş köynəyinin kölgə kimi görünən sonuncu qaraltıları da çəkilir. Hava yavaş-yavaş aydınlaşmağa başlayır. Dan yerindən təzə-təzə boy göstərən Günəşin zərrin şəfəqləri əvvəlcə mavi sularda bərq vurur, sonra hələ yuxulu gözlərini ovuşduran körpəni xatırladan sakit şəhərin üzərinə – yollara, küçələrə, binaların damlarına, evlərə, pəncərələrə səpilir. Şəhər oyanır…

Ermənistanda vandalizmə məruz qalan Azərbaycan karvansaraları

İndiki Ermənistanın Araqatson əyalətinin tarixi yaşayış məntəqələrinə gedən yollarda özünün memarlıq-tikinti kompozisiyası ilə Azərbaycan mədəni irsinin dünyəvi tarixi-memarlıq abidələri arasında xüsusi yer tutan karvansaralar ermənilər tərəfindən xüsusi qəddarlıqla və kütləvi şəkildə dağıdılaraq məhv edilib.