HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

Fətəli Fətəliyev – Əsirlikdə qalan mədəni irsimiz

Fotoqraf  Fətəli Fətəliyev  1945-ci ildə Şuşa şəhərində anadan olub. Fotoqrafiyaya 1957-ci ildə 5-ci sinifdə oxuyarkən foto dərnəyində başlayıb. Fotojurnalistika fəaliyyətinə 1978 ildən qədəm qoymuş, respublikada dərc olunan “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan qadını”, “Mədəni maarif”, ”Ulduz”, “Советский музей”  jurnallarında, “Xarici ölkələrlə əlaqələr” cəmiyyətinin “Sovet Azərbaycanı” bülletenində, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Caspian”, “Azerbaijan International”, “Trend”, “Capital”, “Популяр”, “Ваш дом” jurnallarında, BMT-nin İnsan İnkişafı haqqında kitablarında və sairə nəşrlərdə fotomüxbir kimi fəaliyyət göstərmişdir.

Ermənistanın müharibə cinayətlərinin izləri AZƏRTAC-ın fotoobyektivində

Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən şəhər və kəndlərdə Ermənistanın müharibə cinayətlərinin saysız hesabsız izləri var. Mülki şəxslər həlak olur, yaralanır, evlər dağıdılır, infrastruktura ciddi ziyan vurulur.

Məktəb zəngi (FOTOQALEREYA)

Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış Laçın orta məktəb binası.1992-ci il. Foto: İlqar Cəfərov

 

1905.az saytı yeni dərs ilinin başlanması ərəfəsində Məktəb zəngi” virtual foto qalereyasını təqdim edir! Qalereyadakı fotolar ümumilikdə 2 dövrü əhatə edir.
1) Müharibə dövrü.
2) Müharibədən sonrakı dövr.

AĞDAM (Fotoqalereya)

1905.az saytı və Azərbaycan Fotoqraflar Birliyi  Ağdam şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 24-cü il dönümü ərəfəsində “AĞDAM” virtual foto qalereyasını təqdim edir!
Fotolarda Ağdamın işğal nəticəsində yaşanan insanlıq dramından yalnız bir qismi əks olunur.

1
Ağdamdan olan məcburi köçkünlər, 1993-cü il. Fotoqraf: İlqar Cəfərov