
1905.az saytı və Azərbaycan Fotoqraflar Birliyi “Müharibə uşaqları” virtual foto albomunu təqdim edir!
Azərbaycan əsilli fotoqraf 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında 2 il xidmət edib. 1977-ci ildə “Gürcüstan”qəzetində fotomüxbir kimi işləyib. 1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (ГРУЗИНФОРМ- ТАСС) fotomüxbiri olub. Şahvələd Ayvazov 1992-ci ildən indiyədək Amerikanın Assoşieyted Press xəbər agentliyinin (Associated Press) Qafqaz üzrə fotoqrafıdır.