HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

AHISKA TÜRKLƏRİMİZ

Filologiya elmləri doktorları: professor Asif Hacılı və professor İsmayıl Kazımov ilə Ahıska türkləri və onların deportasiyası barədə danışdıq.  

MƏKTƏBDƏ QİDA – QİDA MƏKTƏBİ

Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb elmləri namizədi Şəhla Balayeva və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Cavidan Quliyevlə məktəblərdə qida təhlükəsizliyindən danışdıq.

BLOGGER BOLLUĞU?!

Bakı Bloggerlik məktəbinin təsisçisi Yelena Eyvazlı-Sidorenko və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının idarə heyətinin üzvü Lalə Mehdiyeva ilə danışdıq.

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

“Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov “Report” informasiya agentliyinə metronun iki stansiyasının adının dəyişdiriləcəyi ilə bağlı açıqlama verib və deyib ki, “adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad” təklif ediblər. Əlixan müəllim həmçinin vurğulayıb ki, “həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir.”  Sonra da əlavə edib ki, “çaşqınlıq yaratmamaq üçün”  hələlik bu küçələrin adlarını çəkmək istəmir. Amma, artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət  ediblər.