HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Bizim sənətçi

RETROSPEKTİVA- Almaniyada yaşayan İradə İsakova

irada

– Neçə ildir ki, Almaniyada yaşayırsınız. Təbii ki, almanlarla ünsiyyətdəsiniz. Adi almanların holokosta görə hələ də utanc hissi keçirdiklərini müşahidə etmisinizmi?

– Mən 13 ildir Almaniyada yaşayıram. Mənim kifayət qədər alman dost və tanışlarım var. Düşünürəm ki, istənilən millət əgər onun vicdanı varsa baş verən bütün qətliamlara həm üzülər, həm də bunun üçün utanc hissi duyar. Alman xalqı sivil xalqdır və dünyanın ən inkişaf etmiş dövlətini qurub müharibədən sonra. Baxmayaraq ki, müharibədə məğlub olub. Bu tarix həm də almanlar üçün bəzi şeylərin dəyişməsi ilə başlamışdır. Onlar artıq düşünərək addım atırlar və hədəfləri də odur ki, güclü Almaniya ilə dünyada ilklərdən olmaq və alman xalqının rifahının yaxşı olması.  Bu onların hədəfidir. Təbii ki, holokostla bağlı bu gün də peşmançılıq və üzüntü var. Bu bütün almanlara aiddir. Həm sıravi vətəndaşlara, həm də siyasi xətt tutanlara!

RETROSPEKTİVA- Aparıcı və bəstəkar Sədaqət Rəşidqızı

Sədaqət-rəşidqızı-müsahibə

– Sədaqət xanım, əsl sənətçilərlə yanaşı özünü müğənni, sənətçi hesab edənlərin sayının durmadan artdığı dövrdə musiqiyə, sənətə hörmət azalmayıb ki?

– Mən deyərdim ki, əksinə, musiqiyə hörmət daha da artıb, amma sənət anlayışı arxa planda qalıb. İndiki dövrdə sənətçi olmaq üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur. Bir neçə uğurlu mahnı, video –çarx, bir neçə veriliş və sən də artıq sənətdəsən. Elə asan olduğu üçün də hamı müğənni olmaq istəyir, səsi olan da, səsi olmayan da. Əslində bu çox acınacaqlı bir haldır.  Gündən-günə sayı artan musiqili tele-layihələr bir daha sübut edir ki, asan yolla pul qazanmaq üçün gərək müğənni olasan. Təəssüf ki, indiki dövrdə musiqiyə yalnız qazanc obyekti kimi baxılır, sənət kimi yox.