Şuşaya mövsümün ilk qarı yağıb

Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
 
             
	    
Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
 
	    
Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İslam ölkələrində oyun texnologiyası sahəsində birgə əməkdaşlığı və inkişafı təşviq etmək üçün “Oyun texnologiyaları üzrə sammit” (G-HUB) keçirilib.
 
	    
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
 
	    Dörd il əvvəl – 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.
 
	    
Şuşa Dövlət Musiqili Dram Teatrı Qarabağ Universitetində Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Həftəsi çərçivəsində təqdim olunan tamaşa 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.