Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.