Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb.
Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib.
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.
Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı keçirilib.
Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimi keçirilib.
Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.