Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub

Dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edildi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi.