Prezident İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.