Azərbaycan Prezidenti İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.