HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımdakı fotonun üzərində ümummilli lider Heydər Əliyevin bu sözləri yer alıb: “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”.

Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.