Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Pakistanın Baş naziri ilə görüşü olub

Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirdi.