Tarixi hekayə müsabiqəsi: Sevinc Nuruqızı- Gecə Şuşanı göstərmişdilər
Dünən gecə Şuşanı göstərmişdilər. Adı yerə yıxılmışdı… Səhər içimdə düyünlənmiş özümə və özümkimilərə nifrətlə oyandım. Beynim uğuldayırdı. Bütün gecəni Şuşanın yerə yıxılmış adını qaldırmağa cəhd etmişdim. Alınmamışdı… Hiss edirdim ki, qollarım qalxmır. Lövhə ağır idi. Ya da qəsdən qalxmırdı… Xatirələrim o yerləri varaq-varaq qarşıma sərirdi…