Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib VİDEO
Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Milli Ordunun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.