HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmazsa regionda vəziyyət daha da mürəkkəbləşə bilər.”

Prezident Ilham ELiyevPrezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Herbert Salberi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Prezident İlham Əliyev onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan Herbert Salber mövcud vəziyyətlə tanış olduğunu dedi. O, təmsil etdiyi qurumun Azərbaycan iləəməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğuladı.

president.az

Elmar Məmmədyarov: “Avropa Birliyi ilə dialoqumuzda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır”


Elmar Məmmədyarov Minsk ATətAvropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir. Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir”. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə  çıxışı zamanı bildirib.

Sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.

Azərbaycan Müqdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri iyulun 20-də və 21-nə keçən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.

İşğalçılar Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şuraabad kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar. Düşmən cavab atəşi ilə susdurulub.