Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.