Erməni hərbçiləri Füzuli rayonunda taxılbiçən kombaynı atəşə tutub
Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi ərazisində taxıl sahəsində arpa biçən kombaynı atəşə tutub. Nəticədə kombayna 10-dan çox güllə dəyib.