Rus Pravoslav Kilsəsi: Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırıq
“Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır”.
“Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır”.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.
Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.