Azərbaycan MN: Düşmən təxribatlarının qarşısı alınıb, 20-dək hərbçi məhv edilib və yaralanıb
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.