Dekabrın 23-dən 24-dək atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini atəşə tutublar.