Qısa müddətdə yenidən qurulan Talış kəndi – FOTO
Otuz ilə yaxın dövrdə erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olunduqdan sonra özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimiz kimi, Tərtər rayonunun Talış kəndinə də həyat yenidən qayıdıb.