Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçınrayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ölkəmizin işğaldan azad edilmiş Cəbrayıl rayonundan görüntülər paylaşıb.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər rayonunun ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.