Bərdənin qisası alınır – VİDEO
Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.
Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib.
Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.
Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir. Hərbi əməliyyatlardan əvvəl də sosial-iqtisadi vəziyyəti xeyli ağır olan Ermənistana bu hərbi ziyanın bərpası üçün 25 il vaxt lazım olacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb.