Təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlanması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilib
Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadla yayılmış məlumata əsasən, 2017-ci il noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib.