Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzulidə qadın və 2 yaşlı uşaq həlak olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.